MƏDƏNİYYƏT


Tələbat azalsa da, papaqçılığı yaşadan sənətkarlar hələ də var – lahıclı ustanın əl işləri

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur.
Tarixən Lahıcda metalişləmə sənətindən sonra əsas sahələrdən biri gön-dəri istehsalı, yəni dabbağlıq olub. Elə Lahıcın Zəvəro məhəlləsində də dabbağların sıra ilə düzülmüş emalatxanaları var. Lahıc ustaları qoyun, keçi, dana dərisini aşılayır, müxtəlif məmulatlar hazırlayan digər ustalar üçün xammal istehsal edirdilər. Yerli dəri istehsalı sərraclıq, çəkməçilik, papaqçılıq kimi yeni sənətlərin də meydana gəlməsinə təkan verir. Bu sənətin məhsuluna tələbat az olsa da, Lahıcda papaqçılığı yaşadan və bundan çörəkpulu qazanan sənətkarlar hələ də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır