Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Qadın güləşçilərimiz Türkiyə və Moldova yığmaları ilə birgə toplanış keçirlər

11.01.2021 [11:17]

Xəbərin mətni

Qadınlardan ibarət güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, yanvarın 4-də start götürən hazırlıq prosesi ayın 20-dək davam edəcək. Komandamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. "Qorrion" otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışırlar.