DÜNYA


Çində qızıl mədənində dağıntılar altında qalan şaxtaçıların axtarışları nəticə verməyib

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra dağıntı altında qalan 22 şaxtaçının axtarışları nəticə verməyib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Çisia şəhəri ərazisindəki mədəndə hadisənin baş verməsindən 2 sutka keçməsinə baxmayaraq, hələlik şaxtaçıların tapılması və xilası mümkün olmayıb. Hazırda hadisə yerində 300-dən çox xilasedici, onlarca xüsusi texnika çalışır. Şaxtaçılarla rabitə əlaqəsinin olmaması və mədəndəki zəhərli qaz axtarış işlərini çətinləşdirib.