CƏMİYYƏT
Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacaq
14.01.2021 [14:22]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə isti olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.03.2021 [20:11]
03.03.2021 [18:15]
01.03.2021 [18:36]
01.03.2021 [17:24]
03.03.2021 [17:52]
03.03.2021 [15:52]
16.02.2021 [11:42]
04.01.2021 [20:22]
03.03.2021 [11:44]
01.03.2021 [11:50]
27.02.2021 [18:49]