SİYASƏT


Anar Eyvazov: Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyanın nəzdində əlavə iki səyyar qrup yaradılıb

Səfərbərlikdən tərxis olunmuş vətəndaşlarımızın qəbulu, onların müraciətlərinə obyektiv və operativ qaydada baxılması ilə bağlı müdafiə nazirinin əmri ilə yaradılmış komissiya yanvarın 11-dən etibarən Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətini davam etdirir. Bundan başqa, Füzuli rayonunda da komissiyanın səyyar qrupu da fəaliyyət göstərir. Bakıda fəaliyyət göstərən komissiya tərəfindən bu günə qədər 1751 vətəndaş qəbul edilib. Füzuli rayonunda fəaliyyət göstərən səyyar qrup tərəfindən isə 202 vətəndaş qəbul olunub. Hazırda müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 17-də jurnalistlərə müsahibəsində deyib.