MƏDƏNİYYƏT


TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Ağdam rayonuna səfər edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdamın küçələri ilə piyada gəzərək şəhərin xarabalıqlarına baxıblar. Ağdam şəhər məscidində, dram teatrının və çörək muzeyinin binalarında da olan nümayəndə heyəti Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin imarətini və türbəsini ziyarət edib.