DÜNYA


Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarılıb

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan şaxtaçıların artıq 11-i mədəndən çıxarılıb.AZƏRTAC xəbər verir ki, təxminən 600 metr dərinlikdə qalan şaxtaçıların xilas edilməsi üçün qazılmış quyu vasitəsilə yanvarın 24-də yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 7:00) bir şaxtaçı çıxarılıb. Xilasetmə əməliyyatının davamında daha 10 şaxtaçı xilas edilib. Fiziki cəhətdən xeyli zəifləyən şaxtaçılar dərhal xəstəxanalara yerləşdiriliblər. Hazırda digər şaxtaçıların yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Axtarış-xilasetmə işlərinə 630 nəfər canlı qüvvə, 400-dən çox texnika cəlb olunub.