Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq

26.01.2021 [14:18]

Xəbərin mətni

Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.
AZƏRTAC xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcəkdir.