MƏDƏNİYYƏT
Vətən müharibəsi qəhrəmanlarının əşyaları bir muzeydə toplanır
Azərbaycan xalqının işğalda olan torpaqlarının azad olunması yolunda apardığı 44 günlük Vətən müharibəsi böyük qələbəmizlə başa çatdı. Tariximizin bu şanlı səhifələrini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün mütəmadi tədbirlər həyata keçirilir. Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi yaxın vaxtlarda “Vətən müharibəsi” adlı sərgini ziyarətçilərinin ixtiyarına verməyə hazırlaşır. Bu barədə muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov məlumat verib. Sərgidə şəhidlik zirvəsinə ucalan qəhrəman və qazilərimizin döyüş zamanı istifadə etdikləri əşyaları, fotoları, həmçinin silah-sursatlar təqdim olunacaq. Milli Azərbaycan Tarixi Muzeyi xahiş edir ki, ekspozisiyasının tez bir zamanda toplanması üçün şəhid ailələri, onların yaxınları döyüşdən qalan xatirə əşyalarını muzeyə təqdim etsinlər.