Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda güclü külək əsəcək

28.01.2021 [15:25]

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI