DÜNYA


BMT-nin Baş katibi peyvənd olunub

Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı yaxınlığında yerləşən məktəbdə yaradılan səyyar tibb məntəqəsində peyvənd olunub. “Mən “COVID-19”a qarşı peyvəndin ilk dozasını aldığım üçün xoşbəxtəm. Biz vaksinin hər kəs üçün və hər yerdə əlçatan etmək üçün işə başlamalıyıq. Bu pandemiyada hamımız təhlükəsizlikdə olmayanadək heç kəs təhlükəsiz sayıla bilməz”, - Quterreş sosial şəbəkədə yazıb. O, hansı vaksinlə peyvənd olunduğunu açıqlamayıb.
Qeyd edək ki, Nyu-York şəhərinin yaşı 65-dən yuxarı olan sakinlərin COVID-19 virusuna qarşı peyvənd olunmalıdırlar. BMT-nin 71 yaşlı Baş katibi Antonio Quterreş də bu qaydalara uyğun peyvənd olunub.