CƏMİYYƏT


Firdovsi Əliyev: Ermənilər 54 min hektardan çox meşə ərazisini məhv ediblər

İşğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən 30 il ərzində 54 min 328 hektar meşə ərazisi məhv edilib. Bu rəqəmlər peyk görüntüləri əsasında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.