DÜNYA


Çindən Türkiyəyə daha 3,5 milyon doza vaksin gətirilib

Yanvarın 29-da Çindən Türkiyəyə daha 3,5 milyon doza vaksin gətirilib.AZƏRTAC xəbər verir ki, peyvəndləri gətirən təyyarə İstanbul hava limanına enib.
Ümumilikdə Çindən gətirilməsi nəzərdə tutulan 50 milyon doza vaksin Türkiyədə həyata keçirilən tədarük planına uyğun olaraq vaksinasiya proqramı çərçivəsində hissələrlə çatdırılır. Bu, iki ölkə arasında əldə edilən razılığa əsasən ikinci mərhələdə Çindən Türkiyəyə gətiriləcək 10 milyon doza vaksinin ikinci hissəsidir. Bu partiya vaksinin birinci hissəsi olan 6,5 milyon doza yanvarın 25-də Türkiyəyə təhvil verilib. İlkin mərhələdə isə Çindən Türkiyəyə üç milyon doza vaksin gətirilib.
Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şura peyvəndin təsir nisbətinin 91,25 faiz olduğunu açıqlayıb.