DÜNYA


Somalinin paytaxtında güclü partlayış olub

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.AZƏRTAC-ın "TASS"a istinadla verdiyi məlumata görə, partlayış şəhərin cənub hissəsində yerləşən "Afrik Hotel" mehmanxanasının yaxınılğında olub. Partlayış nəticəsində mehmanxananın binasına ciddi ziyan dəyib.Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.