DÜNYA


Türkiyədə meydana gələn sel nəticəsində bir nəfər həlak olub

Türkiyənin İzmir vilayətində meydana gələn sel nəticəsində bir nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib.Artıq bildirdiyimiz kimi, fevralın 1-i axşam saatlarından etibarən Türkiyə ərazisində yağmağa başlayan leysan yağışları ölkənin İzmir vilayətinin mərkəzi də daxil olmaqla bir neçə rayonunda sel və daşqınlarla nəticələnib. Baş verən hadisə nəticəsində İzmirin Menderes rayonunda sel sularının apardığı bir nəfər həlak olub.