DÜNYA


İstanbulda dünyanın ən böyük aviasiya, kosmik və texnoloji festivalı keçirilir

Fevralın 3-də İstanbulda dünyanın ən böyük aviasiya, kosmik və texnoloji festivalı olan “TEKNOFEST”in rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Atatürk hava limanında təşkil edilən festivalda müxtəlif ən qabaqcıl hərbi, eləcə də qurum və şirkətlər təmsil olunur. Tədbirdə iştirak üçün Türkiyənin 81 vilayətindən, dünyanın isə 84 ölkəsindən müraciətlər daxil olub. Bu müraciətlərin qəbulu fevral ayının sonunadək davam edəcək.