CƏMİYYƏT


Yaşatmağa davam!

“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, şəhidimiz Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidimiz Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhidimiz Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhidimiz Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.