“Pekin-2022” Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub
05.02.2021 [13:34]
Xəbərin mətni
Çinin paytaxtı Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya oyunlarının məşəli təqdim olunub.
AZƏRTAC Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, Olimpiya Oyunlarının keçirilməsinə bir il qalmış ictimaiyyətə təqdim olunan məşəl yuxarıya doğru spiral şəklində titrəyərək qalxan iki lenti xatırladır. Qırmızı və gümüşü rəngli məşəl qış idman oyunlarına işıq və istilik gətirəcəyini təcəssüm etdirən buz və alov metaforası təqdim edir.