SİYASƏT


“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.
Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.
Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır