Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah hava küləkli olacaq

06.02.2021 [12:01]

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 12-16, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq.