DÜNYA


Uxanın vizit kartı Sarı durna qülləsi

Təxminən bir ildir ki, Çinin Uxan şəhəri dünyada adı ən çox hallanan şəhərlərdəndir. Buna səbəb şəhərin COVID-19 virusunun ilk ocağı olmasıdır. Amma Çinin bu şəhəri həm də tarixi yerləri ilə məşhurdur. Uxanın rəmzlərindən sayılan Sarı durna qülləsi isə şəhərin tarixi memarlıq nümunələri arasında xüsusi yer tutur. Qüllə şəhərin ən hündür yerində 223-cü ildə - vahid Çin imperiyasının 3 müstəqil dövlətə parçalandığı dövrdə inşa edilib. Uxan həmişə ölkənin mərkəzində yerləşdiyi üçün hər 3 dövlətin sərhədi sayılırdı.