MƏDƏNİYYƏT
Reza Deqati: Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyib
Görürsünüz ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Bəziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam demək olar ki, şumlanıb. Ağdam, Füzuli, Zəngilan və Şuşada olduğu kimi, Cəbrayılda da məzarlıqlar dağıdılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri dünya şöhrətli fotoqraf Reza Deqati Cəbrayıl şəhərində diplomatik korpus nümayəndələrinə erməni işğalının nəticəsi olan dağıntılar haqqında məlumat verərkən deyib.“Siz burada məzardan çıxarılan yüzlərlə insan sümüklərini görürsünüz. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyib. BMT-yə müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər”, - deyə məşhur fotoqraf bildirib.Reza Deqati deyib ki, bir müddət öncə Kəlbəcərdə idi və orada minlərlə ağacın kəsildiyini görüb: “Kəsib aparıblar, apara bilmədiklərini isə yandırıb məhv ediblər. Bu, bir ekoloji faciədir”.Qeyd edək ki, Fransada yaşayan Reza Deqati Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olub. Onun erməni vəhşiliyini əks etdirən fotoları bir çox xarici KİV-lərdə yayımlanıb.