Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə antiterror əməliyyatı nəticəsində antik əşyalar aşkarlanıb

07.02.2021 [12:49]

Xəbərin mətni

Türkiyə polisinin Şanlı Urfa bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində qaçaqmalçılardan müxtəlif növ antik əşyalar ələ keçirilib.AZƏRTAC xəbər verir ki, ələ keçirilən 4 metr uzunluğunda piton ilan dərisi üzərində fiqur naxışlar həkk olunub. Bundan başqa, tutulan əşyalar arasında beş dini kitab, iki dəri üzərində əl yazısı var. Bildirilir ki, ələ keçirilən əşyaların orta əsrlərə məxsus olduğu ehtimal edilir.Qaçaqmalçılıqda ittiham olunan iki nəfər həbs olunub.