DÜNYA


Hindistanda buzlağın sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşüb

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.AZƏRTAC xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.