Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda çiskinli yağış yağacaq

07.02.2021 [14:23]

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI