CƏMİYYƏT


Vətən müharibəsinin 18 yaşlı şəhidi

Şəmkir rayon Zəyəm Cırdaxan kəndinin 18 yaşlı şəhidi İsrayıl Hacıyev Vətən müharibəsinin qəhrəmanlarından biridir.
AZƏRTAC xəbər verir ki, vətənpərvər gənc kimi böyüyən İsrayıl həmişə öndə olmağa can atır, torpaqlarımızın azad olunmasında iştirak etməyi arzulayırdı. Elə şəhid olacağını da sanki öncədən hiss etmişdi... Anasına “sən şəhid anası olacaqsan” deyirmiş. Dörd oğul böyüdən Gülnarə ana indi İsrayılın dediyi kimi, şəhid anasıdır.