CƏMİYYƏT


Ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olun 23 yaşlı şəhid

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də 23 yaşlı Elxan Məmmədovdur. Hərbi xidmət dövründə fəxri fərmanla fərqlənən şəhidimiz, ölümündən sonra da “Vətən uğrunda medalı” ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Qobustanın Cəyirli kənd sakini Elxan Məmmədov əliaçıq, yumşaq qəlbli və mərd biri olması ilə hər zaman yaşıdları arasında seçilib. Kənd sakinləri 23 yaşlı Elxanı tərbiyəli, zəhmətsevər və dürüst biri kimi tanıyıblar.