CƏMİYYƏT


Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib

Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə qanunsuz səfər edən şəxslərə növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin Mətbuat Xisdmətindən verilən məlumatda bildirilir ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.
Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır