CƏMİYYƏT


“YAŞAT” Fondu tibbi ehtiyacların ödənilməsi üzrə işləri davam etdirir

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qazimiz Elgün Cənnətlinin, şəhidimiz Xalid Məcdunovun anası Xalidə Məcdunovanın, şəhidimiz Rəşad Şiriyevin anası Səadət Şiriyevanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.