CƏMİYYƏT


30 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata götrə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyat zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram psixotrop maddə metamfetamin, həmçinin 1100 ədəd güclü təsiredici xassəyə malik “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb.