SİYASƏT


Yeni tədris ilinin başlanması ilə əlaqədar HDQ-də tədbirlər keçirilir

Azərbaycan Ordusunda yeni tədris ilinin başlanması ilə əlaqədar Hərbi Dəniz Qüvvələrinin (HDQ) birləşmə, hərbi hissə və idarəetmə orqanlarında müvafiq tədbirlər keçirilir.
Yeni tədris ilində HDQ qarşısında qoyulan tapşırıqlar öyrənilir və onların icrası ilə bağlı hərbi hissə komandirlərinə müvafiq göstərişlər verilib.
HDQ-nin bütün hərbi hissələrində şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-texniki və tədris bazası, həmçinin şəxsi heyətin təchizatı yoxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır