DÜNYA


Türkiyə müdafiə sənayesinin ilk silahlı insansız dəniz vasitəsi suya endirilib

Türkiyənin müdafiə sənayesinin “ULAQ” seriyasının ilk silahlı insansız dəniz vasitəsi suya endirilib.AZƏRTAC xəbər verir ki, gəmi Türkiyənin müdafiə sənayesinin “ARES” gəmiqayırma və “Meteksan” şirkətlərinin bir neçə ildir davam edən əməkdaşlığı ilə hazırlanıb.Hazırda təcrübə mərhələsindən keçirilən bu dəniz müdafiə vasitəsi kəşfiyyat, nəzarət, suüstü və asimmetrik qarşıdurmalar, silahlı müşayiət, eləcə də strateji obyekt təhlükəsizliyinin təmini kimi tapşırıqları yerinə yetirmək üçün quru səyyar nəqliyyat vasitələri, qərargah komandirliyi və ya üzən platformalardan idarə oluna biləcək.Qeyd edək ki, “ULAQ” seriyası Türkiyənin milli raket sistemləri istehsalçısı ROKETSAN-ın ən yeni lazer texnologiyaları ilə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır