DÜNYA


Çində ay təqvimi ilə 4719-cu il başlayıb

Şərq ölkələrinin ay təqvimi ilə bu gün – milad təqvimi ilə fevralın 12-si Yeni ilin ilk günüdür.AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.Çin zodiak sisteminə əsasən, bu il öküz ilidir. Öküz zəhmətkeşliyi, xeyirxahlığı, dürüstlüyü və inadkarlığı təcəssüm etdirir.