“Tyanven-1” kosmik aparatı Mars orbitindən video göndərib
12.02.2021 [17:09]
Xəbərin mətni
Çinin “Tyanven-1” pilotsuz kosmik aparatı Mars orbitindən çəkilmiş videonu Yerə göndərib.
AZƏRTAC xəbər verir ki, video-çarx Çin Mərkəzi Televiziyasında nümayiş olunub. Zond Qırmızı planetin Günəş tərəfindən işıqlandırılan hissəsindən onun qaranlıq tərəfinə doğru hərəkət edərək Marsın səthini çəkib. Kadrlarda, həmçinin Mars relyefini görmək olar.