DÜNYA


Ermənistanda 4,7 bal gücündə zəlzələ olub

Bu gün Ermənistanda 4,7 bal gücündə zəlzələ olub.AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Agentliyin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ermənistan paytaxtında mobil rabitə və internetdə fasilələr müşahidə olunur.Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, episentrdə yeraltı təkanların gücü 6-7 bal təşkil edib. İrəvanda zəlzələ 5-6 bal gücündə hiss edilib.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır