SİYASƏT


Prezident İlham Əliyev: Güləbird Su Elektrik Stansiyasının istismara verilməsinin çox böyük rəmzi mənası var

Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev azad olunmuş ərazilərə növbəti səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bildirib.