Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Füzuli - virtual səyahət” 3 D qrafik təsvirli filmi istehsal olunub

17.02.2021 [11:43]

“Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni “Füzuli - virtual səyahət” 3 D qrafik təsvirli film istehsal edilib.AZƏRTAC xəbər verir ki, filmdə Füzuli rayonunun tarix-mədəniyyət abidləri, onların işğaldan əvvəlki vəziyyəti 3 D formatında bərpa olunub.