Bakıda və Abşeronda sulu qar, qar yağacağı gözlənilir
17.02.2021 [13:58]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1° şaxta, gündüz 2°-dək isti olacaq.