CƏMİYYƏT


Vətən müharibəsinin daha bir qəhrəmanı ilə tanış olaq – şəhid Rufan Əkbərli

Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Rufan Əkbərli Şəmkir rayonunun Keçili kəndində doğulub boya-başa çatıb. O, ailənin tək övladı idi. Atasız böyüyən Rufan hələ uşaq ikən hərb sənətinə xüsusi marağı olub.AZƏRTAC xəbər verir ki, müəllim ailəsində böyüyən Rufan Əkbərli ailənin tək övladı olmasına baxmayaraq, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib.