Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan HHQ-nin aviasiya vasitələri yeni tədris ilində ilk praktiki uçuşları icra edir

18.02.2021 [12:28]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.