CƏMİYYƏT


Qubada ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb

Qubada ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2020-ci il 11 noyabr tarixində Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə müraciət edərək, iş otağında çantasından balansında 2051 manat pul olan plastik kartının oğurlandığını bildirib.