CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə fevralın 18-də tədbir keçirilib.DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamına əsasən, DSX-nin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilib.