“ASAN xidmət”də Vətən müharibəsi qazisinin nikahı qeydə alınıb
19.02.2021 [16:51]
Xəbərin mətni
“ASAN xidmət”də qazimizin nikahı qeydə alınıb.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nikaha daxil olan şəxslər Vətən müharibəsi iştirakçısı, qazimiz Rüstəm və həmin müharibədə tibb bacısı kimi iştirak edərək yaralı əsgərlərimizə kömək edən Esmira olublar.“ASAN xidmət” kollektivi cütlüyümüzə xoşbəxtlik diləyir!