CƏMİYYƏT


Bakıda bayram yarmarkası: Burada qiymətlər daha ucuzdur

Bu gündən “Kənddən Şəhərə” bayram yarmarkası başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan yarmarka 21 fevral tarixinə qədər davam edəcək. Yarmarka paytaxtın Nərimanov, Binəqədi və Xırdalan rayonlarında təşkil olunub. Əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.