108 yaşlı Növrəstə nənə COVID-19 əleyhinə peyvənd olunub
19.02.2021 [19:22]
Xəbərin mətni
Yevlax rayonunun 108 yaşlı sakini COVID-19 əleyhinə peyvənd olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzində peyvənd edilib. N.Məmişova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.