Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da federal hökümət tərəfindən ilk kütləvi vaksinasiya mərkəzləri qurulub

20.02.2021 [12:12]

Prezident Co Bayden administrasiyası ABŞ-da Covid-19 peyvəndlərinin çatdırılmasının təmin edilməsinə söz verib. Bu həftə Kaliforniyada federal hökümətin dəstəyi ilə ilk kütləvi peyvəndlənmə mərkəzi fəaliyyətə başlayır. Ştat və yerli qurumlar federal hökümətlə gücünü birləşdirərək gündə 6 min insane peyvənd tətbiq edilməsinə çalışır.