DÜNYA


Honkonqdakı “Disneyland”ın fəaliyyəti bərpa edilib

Çinin Honkonq xüsusi inzibati ərazisində COVID-19 böhranı səbəbindən bir neçə aydır bağlı olan “Disneyland”in və "Okean" parkının fəaliyyəti bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu, Honkonq hökumətinin karantin rejimini yumşaltması sayəsində mümkün olub. Bununla belə, həmin istirahət-əyləncə mərkəzləri epidemiya əleyhininə qaydalara riayət etməklə fəaliyyət göstərəcəklər. Parklara giriş üçün biletlər əvvəlcədən onlayn qaydada satılacaq. Parkın əməkdaşları hər 14 gündən bir COVID-19 testindən keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır