DÜNYA


Android 12-nin yeni versiyası təqdim olunub

Google-un populyar mobil əməliyyat sistemi Androidin yeni versiyası üçün yeniləmə tarixi açıqlanıb. Bir yenilənmə fevralda başlayıb, aprel ayına kimi davam edəcək. Bu dövürdə hər dəfə yeni funksiyaların tətbiqi reallaşacaq. Fevral - aprel aylarında olacaq ilk yenilənmə API və istifadə dəyişiklikləri, əlavə xüsusiyyətlər, sabitlik və performans üçün nəzərdə tutulub. Android 12 Beta isə may ayında satışa təqdim ediləcək. Bu ilin avqust ayında da ayrıca beta versiyası əlavə ediləcək. May-Avqust aylarındakı yenilənmə ilə yeni Beta keyfiyyətlər, platforma stabilizasiyası, son API və Google Play təsdiqləri gözlənilir.