DÜNYA


NASA “Perseverance” kosmik aparatının Marsdan göndərdiyi fotoları yayıb

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Marsa enən “Perseverance” tədqiqat aparatının çəkdiyi rəngli fotoşəkilləri “Twitter” sosial şəbəkəsində dərc edib.AZƏRTAC xəbər verir ki, kadrların birində Qırmızı planetin səthi, digərində onun üfüq xəttinin peyzajı, üçüncü kadrda isə enişdən öncə aparatın özü görünür.