DÜNYA


Musson yağışları səbəbindən İndoneziya paytaxtını su basıb

İndoneziyanın 10 milyona yaxın əhalisi olan paytaxtı Cakarta musson yağışları səbəbindən daşqına məruz qalıb.AZƏRTAC İndoneziya telekanallarına istinadla xəbər verir ki, xilasedicilər suyun səviyyəsinin 1,8 metrə yüksəldiyi cənub və şərq rayonlarından 1,3 mindən çox insanı təxliyə ediblər. Şəhərdə iyirmiyədək təxliyə mərkəzi yaradılıb. Təbii fəlakətin qurbanları barədə məlumat verilmir.Sinoptiklərin proqnozlarına əsasən, bu mövsüm paytaxt regionunda ən şiddətli yağış yaxın günlərdə yağa bilər. Növbəti həftə orada leysan və güclü külək gözlənilir. Yağışlar mövsümünün fevralın sonu və ya martın əvvəlinədək davam edəcəyi proqnozlaşdırılır.